Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) dünyanın 60 liqasında mövsümə uğurlu start verən futbolçuların statistikalarını açıqlayıb.
AZƏRTAC CIES-in rəsmi saytına istinadən xəbər verir ki, böyük beşlik ölkələrinin çempionatlarında çıxış edən futbolçuların yer almadığı siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı var.
Cari mövsümün əvvəlində Polşanın “Rakuv” klubuna keçən 29 yaşlı forvardın ümumi performans indeksi 100 üzərindən 73,4 balla qiymətləndirilib.
O, xüsusilə hücumun təşkili və son zərbələrin dəqiqliyi üzrə yüksək göstəricilərə malikdir. CIES-in araşdırmasına əsasən, Emrelinin son zərbələr üzrə göstəricisi 75, hava topları üzrə 68,3, oyunu idarəetmə üzrə 59,4, qol epizodları yaratma göstəricisi isə 50,3 faiz təşkil edib. Futbolçu bu göstərici ilə Ekstraklasanın ən yaxşı 20 oyunçusu arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli Polşa çempionatında keçirdiyi 6 oyunda 3 qola imza atıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
Erlinq Holann Mançester derbisində komandasına qələbə qazandırıb