“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
 

11:32 / 03.10.2026 Oxunub: 247

 

Bu gün Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında yoxlama oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Matçı Rəvan Həmzəzadə idarə edəcək. Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, “Turan Tovuz” və “Fənərbağça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər. Komandalar həmin il avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda üz-üzə gəliblər.

Beləliklə, “Turan Tovuz” və “Fənərbağça” 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən qarşılaşacaq.



Digər xəbərlər

Xəbər lenti

06 Oktyabr 2026
04 Oktyabr 2026
03 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ