Peruda Misir sivilizasiyası ilə eyni dövrə təsadüf edən 3500 illik qədim şəhər tapılıb

Alimlər Perunun şimalındakı Barranka bölgəsində eramızdan əvvəl 1800–1500-cü illərə aid, 3500 illik qədim şəhər qalıqları aşkarlayıblar.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, “Peñiko” adlı bu şəhərin qədim Misir və Mesopotamiya (Şumer) sivilizasiyaları ilə eyni dövrdə inkişaf etdiyi və Cənubi Amerikanın sahil zonası ilə And dağlarını birləşdirən ticarət mərkəzi rolunu oynadığı ehtimal olunur.
Arxeoloqların sözlərinə görə, bu şəhər başqa qədim mədəniyyətlərdən asılı olmayaraq müstəqil şəkildə formalaşıb və Karal mədəniyyətinin təsiri altında inkişaf edib. Karal sivilizasiyası isə Amerikada məlum olan ən qədim sivilizasiyadır və 5 min il bundan əvvəl yaranıb. Alimlər 600 metr yüksəklikdə yerləşən təpəlik ərazidə dairəvi forma verilmiş tikili, daş və palçıqdan inşa edilmiş qədim binaların qalıqlarını aşkarlayıblar.
Pilotsuz uçuş aparatları (dron) vasitəsilə aparılan tədqiqatlar insan tərəfindən inşa olunmuş strukturların, daha əvvəl aşkar edilmiş Karal-Supe sivilizasiyasına aid binalarla paralel şəkildə yerləşdiyini ortaya qoyub.



Digər xəbərlər

Böyük Britaniyanın torf ərazilərində zəhərli metallar aşkarlanıb

İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır

Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir

Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var

BMT: Hazırda 60 ölkədə 100 milyona yaxın insan hələ də mina təhlükəsi altında yaşayır
