Xələf Xələfov Almaniyada rəsmi görüşlər keçirib

10:15 / 26.02.2026 Oxunub: 1709

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib.

Kanal 20 TV xəbər verir ki, səfər çərçivəsində X.Xələfov Bundestaqda və Almaniyanın Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, regionda davamlı sülhün təmin olunması, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi təşəbbüslər diqqətə çatdırılıb. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələlər də müzakirə mövzusu olub.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə