Hikmət Hacıyev "Sinxua" agentliyinə müsahibə verib

"Şanxay Əməkdaşlıq Təşkilatı ölkələr arasında çoxtərəfli diplomatiyanın və regional əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır".
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çinin Sinxua” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, Çin ŞƏT-in inkişafına mühüm töhfə verir:
"Təşkilat davamlı inkişafı, tərəqqi və rifahı hədəfləyən "Şanxay ruhuna" sadiq qalır. Çin çoxtərəfli əməkdaşlığı, eləcə də ŞƏT-in üzv olmayan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafını fəal şəkildə dəstəkləyir. Azərbaycan isə dialoq tərəfdaşı kimi təşkilatla sıx əməkdaşlıq edir.
Hikmət Hacıyev xatırladıb ki, 2025-ci il ŞƏT-də Davamlı İnkişaf İli elan olunub və bu istiqamət Azərbaycanın da əsas prioritetlərindən biridir:
"Azərbaycan və Çin ticarət-iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, davamlı inkişaf, süni intellekt, bərpa olunan enerji və rəqəmsal transformasiya sahələrində də əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Çin texnologiyaların əlçatanlığını Qlobal Cənub ölkələri üçün təmin edir. Çinin inkişaf modeli və nailiyyətləri bütün inkişaf etməkdə olan dövlətlər üçün nümunədir”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Orta Dəhlizə – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi əhəmiyyət verir:
"Bu dəhliz həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və Bakı ilə Pekin arasındakı əməkdaşlıq bu marşrutun daha səmərəli istifadəsinə imkan verəcək". //Manshet.az//



Digər xəbərlər
jpg-1746004737.jpg)
Niyə rus bölməsində nəticələr zəifdir?

Doğuşayardım Komissiyasının sədri: Azərbaycanda follikul donorluğu qanunsuzdur -MÜSAHİBƏ

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

“Qarabağ geyimləri xalqımızın kimliyini və estetik dünyagörüşünü yaşadan dəyərli irsdir” - MÜSAHİBƏ

Radcana Sultanova: “Azərbaycanlı olamağımla qürur duyuram”
