Bakı Şəhər DYP sürücülərə və piyadalara dumanlı hava ilə bağlı xəbərdarlıq edib

12:34 / 16.02.2026 Oxunub: 1744

Kanal 20 TV xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraitinin pisləşməsi və dumanlı günlərlə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, duman yol nişanlarının, nişanlama xətlərinin və digər tənzimləmə vasitələrinin vaxtında görünməsinə ciddi maneə yaradır. Bu səbəbdən sürücülərdən daha diqqətli olmaları, sürət həddini hava şəraitinə uyğun seçmələri tələb olunur.

Eyni zamanda, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının saz vəziyyətdə olmasına əmin olmaq, dayanma, durma, parklanma, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.

Müraciətdə piyadalara da xəbərdarlıq olunaraq bildirilib ki, dumanlı havada sürücülər yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkirlər. Buna görə piyadalar yola çıxarkən daha məsuliyyətli davranmalıdırlar.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə