Xınalıq kəndinə 15 santimetr qar yağıb - FOTO
 

10:17 / 06.11.2026 Oxunub: 455

 

Ötən gün axşam saatlarından başlayaraq Şimal bölgəsində hava şəraiti kəskin dəyişib, dağlıq ərazilərə qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar əsasən Quba, Qusar və Xızı rayonlarının dağlıq kəndlərində qeydə alınıb.

Xınalıq kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, səhər saatlarında kənddə qar örtüyünün qalınlığı 15 santimetrə çatıb.

Qar yağması ilə əlaqədar bölgənin dağlıq ərazilərində havanın temperaturu aşağı düşərək mənfi göstəricilərə enib.



Digər xəbərlər

Xəbər lenti

11 Noyabr 2026
10 Noyabr 2026
09 Noyabr 2026
07 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ