173A və 173B nömrəli marşrutların avtobusları yenilənir
 

16:50 / 12.11.2026 Oxunub: 687

 

Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli müntəzəm marşrut avtobusları yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 13-dən marşrut xətləri üzrə ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən avtobuslar sərnişinlərə xidmət edəcək.

Hər bir marşrut üzrə 6 avtobus fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.



Digər xəbərlər

Xəbər lenti

21 Noyabr 2026
20 Noyabr 2026
19 Noyabr 2026
18 Noyabr 2026
17 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ