Vitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər
 

14:52 / 17.11.2026 Oxunub: 518

 

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner noyabrın 19-da Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və müharibədən sonrakı iqtisadi bərpa planı müzakirə olunacaq.

Nəşrin məlumatına görə, görüş ABŞ, Rusiya və Çin liderlərinin Şençjendə keçirilməsi planlaşdırılan üçtərəfli sammiti ilə eyni günə təsadüf edəcək.

Amerikalı rəsmi bu təmasları koordinasiyalı diplomatik səylərin tərkib hissəsi kimi qiymətləndirib. O, Vitkoff və Kuşnerin Ukrayna və Avropa rəsmiləri ilə müntəzəm əlaqə saxladıqlarını, eyni zamanda Rusiya ilə də təmasları davam etdirdiklərini bildirib.



Digər xəbərlər

Xəbər lenti

21 Noyabr 2026
20 Noyabr 2026
19 Noyabr 2026
18 Noyabr 2026
17 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ