2026 Qış Olimpiya Oyunları başa çatdı – Azərbaycan iki idmançı ilə təmsil olundu
İtaliyanın Milan və Cortina d'Ampezzo şəhərlərinin birgə ev sahibliyi etdiyi 2026-cı il Qış Olimpiya Oyunları rəsmi olaraq yekunlaşıb.
Kanal 20 TV xəbər verir ki, mötəbər idman yarışının təntənəli bağlanış mərasimi Arena di Verona stadionunda keçirilib. Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri və minlərlə tamaşaçı yer alıb.
Azərbaycan Olimpiadada iki idmançı ilə təmsil olunub. Dağ xizəkçiliyinin slalom növündə çıxış edən Anastasiya Papatoma ilk enişini 59-cu pillədə başa vurub. Ümumilikdə 95 idmançının mübarizə apardığı yarışda o, yekun sıralamada 51-ci yeri tutub.
Fiqurlu konkisürmə üzrə təmsilçimiz Vladimir Litvintsev isə qısa proqramda 63.63 xal toplayıb. O, 29 iştirakçı arasında sonuncu – 29-cu pillədə qərarlaşıb.
Medal cədvəlinə əsasən, yarışları Norveç millisi lider kimi başa vurub. ABŞ ikinci, Niderland isə üçüncü olub.
Beləliklə, iki həftə davam edən qış idman bayramı rəsmən tarixə qovuşub.


Digər xəbərlər
Avropa çempionu Nicat Hüseynovdan tarixi qələbə - FOTOLAR
Dünya Badminton Federasiyasının "Shuttle Time" proqramı Lənkəranda
“Roma”ya qalib gələn “İnter” uğursuz seriyaya son qoyub
NBA: Türkiyəli basketbolçunun komandasından çətin qələbə
"Bavariya"nın müdafiəçisi Kim Min Ce karyerasını İtaliyada davam etdirə bilər