NBA: Türkiyəli basketbolçunun komandasından çətin qələbə
 

11:10 / 06.04.2026 Oxunub: 497

 

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Qolden Steyt Uorriors”a 117:116 hesabı ilə qalib gəlib. Bununla da ev sahibləri müntəzəm çempionatında ardıcıl dördüncü məğlubiyyətini alıb.

Texas klubunun heyətində Kevin Dürent 31, Alperen Şengün 24, Cabari Smit 23, Amen Tompson 18, Rid Şeppard isə 11 xalla yadda qalıb. “Qolden Steyt”də isə zədədən qayıdan Stefen Körri komandasının ən məhsuldar oyunçusu olub. O, 29 xal toplayıb. Brendin Podzyemski 18, Gi Santos isə 15 xalla fərqlənib.

Hazırda “Hyuston Rokets” Qərb Konfransının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Qolden Steyt Uorriors” isə 10-cu yerdədir.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə