3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
11:01 / 03.10.2026
Oxunub: 173
Oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur.
Kanal20tv.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Facebook” səhifəsində paylaşım edilib.
“Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir. Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!”, - deyə paylaşımda qeyd olunub.


Digər xəbərlər
Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış
Ən çox yağıntı Astaraya düşüb - faktiki hava
KARABAĞ’DA ŞEHİT OLAN CANLARIMIZ İÇİN İZMİR’DE DUALAR YÜKSELDİ
4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol
3 oktyabr 1993-cü il – Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
Xəbər lenti
06 Oktyabr 2026
04 Oktyabr 2026
03 Oktyabr 2026