Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
Azərbaycanın növbəti COP-a ev sahibliyi etməyə hazırlaşan qardaş Türkiyəyə sarsılmaz dəstəyini bir daha ifadə etmək istəyirəm.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.
“COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir. Bu əməkdaşlıq iqlim gündəliyində davamlılığın təmin edilməsinə, iddialı iqlim maliyyələşdirilməsi mexanizmlərinin inkişafına və qlobal iqlim fəaliyyətinin ardıcıl şəkildə davam etdirilməsinə xidmət edir”, - deyə o əlavə edib.


Digər xəbərlər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
VIII Qurultaydan yeni strateji hədəflərə doğru
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq