Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.
“Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcək.


Digər xəbərlər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
VIII Qurultaydan yeni strateji hədəflərə doğru
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq