Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
Sentyabrda Avrozonada istehlak qiymətləri illik müqayisədə 3,8 faiz artıb.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) yaydığı məlumatına görə, bu göstərici 2023-cü ilin sentyabr ayından bəri qeydə alınan ən yüksək səviyyədir.
Ekspertlərə görə, Avropa Mərkəzi Bankının faiz dərəcələrini daha da artıracağı ilə bağlı gözləntilər güclənib. Son qiymət təzyiqlərinin əsas hərəkətverici qüvvəsi enerji resurslarının qiymətinin artmasıdır.
Avropa Mərkəzi Bankının rəsmiləri yüksək əməkhaqqı tələbləri və artan korporativ qiymətlər kimi amillər vasitəsilə enerji şokunun iqtisadiyyata təsirinin qarşısını almaq istəyirlər. Bu ay faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilər azalsa da, faiz dərəcələrinin qarşıdakı dövrdə ən azı iki dəfə artırılacağı gözlənilir.


Digər xəbərlər
173A və 173B nömrəli marşrutların avtobusları yenilənir
Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib
BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb
Samir Vəliyev: “AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır