Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq
 

13:40 / 28.07.2026 Oxunub: 36

 

BMT-nin Baş katibi Antonio Quterreş rəhbərlik etdiyi təşkilatın onilliklər boyu davam edən Kipr probleminin davamlı həllinə nail olmaq öhdəliyini bir daha təsdiqləmək üçün iyulun 28-də adaya səfərə gəlib.

AZƏRTAC Şimali Kipr mediasına istinadla xəbər verir ki, A. Quterreş “X” sosial media platformasında bildirib: “Mən Kipr məsələsinin hərtərəfli və davamlı həlli axtarışında adanın icmalarına dəstək verməyə sadiq olduğumu bildirmək üçün Kiprə gəlmişəm. BMT tərəfləri sülhə məcbur edə bilməz. Yalnız kiprlilər öz liderləri vasitəsilə sülhü qura bilərlər”.

A. Quterreş səfər zamanı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman və Kiprin yunan administrasiyasının rəhbəri Nikos Xristodulides ilə görüşəcək.

Quterreşin digər maraqlı tərəflərlə görüşəcəyi bildirilir. O, sülh prosesini irəli aparmaq və adada sabitliyi dəstəkləmək səylərini, o cümlədən BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) bu məsələdə rolunu müzakirə edəcək.

BMT-nin uzun müddətdir davam edən sülhməramlı missiyalarından biri olan UNFICYP 1964-cü ildən bəri adada yerləşir.

Hərtərəfli həll yoluna nail olmaq üçün BMT-nin diplomatik səylərinə baxmayaraq, Kipr türkləri və yunan kiprliləri arasında onilliklərdir davam edən mübahisə həll olunmamış qalır.



Digər xəbərlər

Xəbər lenti

26 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ