ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər
 

18:15 / 26.07.2026 Oxunub: 571

 

ABŞ İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün quru əməliyyatına başlamağı planlaşdırır.

AZƏRTAC “New York Post”a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bu məqsədlə İrana minlərlə xüsusi təyinatlı əsgər göndərməyi nəzərdən keçirir.

Bildirilib, ABŞ-nin xüsusi təyinatlı qüvvələri hərb tarixində ən mürəkkəb əməliyyata başlamağa hazırdır. İddiaya görə, əmr verilərsə, nüvə obyektlərinə basqın ediləcək, təhlükəsizlik təmin olunduqdan sonra isə zənginləşdirilmiş uran oradan çıxarılacaq.

Qeyd edək ki, “The Wall Street” nəşri bir müddət öncə ABŞ prezidenti Donald Trampın əsas müşavirlərlə bir sıra görüşlərdən sonra İrana qarşı hərbi əməliyyatların gücləndirilməsinə meyl etdiyini yazıb. Qəzetin iddiasına görə, ABŞ administrasiyası tərəfindən nəzərdən keçirilən variantlar arasında bombardmanın gücləndirilməsi, Hörmüz boğazındakı adaları ələ keçirmək üçün quru əməliyyatı və İranın enerji obyektlərinə zərbələrin endirilməsi var.



Digər xəbərlər

Xəbər lenti

08 Avqust 2026
06 Avqust 2026
03 Avqust 2026
01 Avqust 2026
29 Iyul 2026
28 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ