İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq
 

13:47 / 28.07.2026 Oxunub: 734

 

Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.



Digər xəbərlər

Xəbər lenti

08 Avqust 2026
06 Avqust 2026
03 Avqust 2026
01 Avqust 2026
29 Iyul 2026
28 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ