Entoni Coşua albaniyalı boksçuya nokautla qalib gəlib
 

18:24 / 26.07.2026 Oxunub: 807

 

Boks üzrə keçmiş dünya çempionu Entoni Coşua növbəti döyüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, britaniyalı idmançı Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən boks gecəsinin əsas görüşündə Kristian Prenqa ilə üz-üzə gəlib.

Döyüş ikinci raundda başa çatıb. 36 yaşlı Coşua rəqibinə nokautla qalib gəlib. Britaniyalı idmançı ilk raundda 2 dəfə nokdaun vəziyyətinə düşüb.

Qeyd edək ki, Entoni Coşua peşəkar karyerası ərzində 29 qələbə qazanıb, 4 dəfə uduzub. Kristian Prenqanın isə 20 qələbəsi və 2 məğlubiyyəti var.



Digər xəbərlər

Xəbər lenti

08 Avqust 2026
06 Avqust 2026
03 Avqust 2026
01 Avqust 2026
29 Iyul 2026
28 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ