“Axios”: ABŞ İranın aktivlərinin bir hissəsini qaytara bilər
 

16:02 / 21.06.2026 Oxunub: 100

 

Vaşinqton administrasiyası ümid edir ki, İran BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək. Bunun müqabilində ABŞ əvvəllər dondurulmuş aktivlərin bir hissəsini Tehrana qaytarmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr mənbələrinə istinadən bildirir ki, Birləşmiş Ştatlar İranın BMT müfəttişlərini danışıqların birinci mərhələsindən sonra ABŞ və İsrail tərəfindən bombalanan nüvə obyektlərinə dəvət etməsini istəyir. ABŞ bunun müqabilində İrana Qətərdəki 6 milyard dollar həcmində dondurulmuş vəsaitinin bir hissəsini əldə etmək imkanı verməyə hazırdır.



Digər xəbərlər

Xəbər lenti

21 Iyun 2026
17 Iyun 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ