Fransa 2003-cü ilin rekordunu qıra biləcək anomal istilərə hazırlaşır
Fransa 2003-cü ilin yayında qeydə alınan rekord göstəriciləri geridə qoya biləcək anomal isti dalğasına hazırlaşır.
AZƏRTAC “El Mundo” qəzetinə istinadla xəbər verir ki, bu barədə Fransanın Milli Meteorologiya Xidmətinin direktoru Sofi Voirin bildirib.
Meteoroloqların proqnozlarına görə, gələn həftənin əvvəlində ölkədə rekord səviyyədə yüksək temperatur müşahidə oluna bilər. Artıq bu həftə sonu Fransanın 60 departamentində narıncı xəbərdarlıq səviyyəsi elan edilib və temperatur 40°C-ni keçib. Bu, yayın əvvəli üçün xarakterik olan normadan 10-15°C yüksəkdir.
Anomal istilər səbəbindən 70-dən çox qatar reysi ləğv edilib, cümə günü 100-dən çox məktəbdə dərslər dayandırılıb və açıq havada keçirilməsi nəzərdə tutulan onlarla tədbir qadağan olunub. Yaranmış vəziyyətlə əlaqədar Fransanın Baş naziri səhiyyə, daxili işlər, nəqliyyat, mədəniyyət və təhsil nazirliklərinin fəaliyyətini əlaqələndirmək üçün nazirliklərarası böhran mərkəzi yaradıb.


Digər xəbərlər
“Axios”: ABŞ İranın aktivlərinin bir hissəsini qaytara bilər
Media: Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb
Ukrayna qoşunları Krım körpüsü yaxınlığında bir neçə vacib hədəfə zərbələr endirib
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb