Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Kanal 20 TV President.az-a istinadən təbrik mətnini təqdim edir:
"Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!"


Digər xəbərlər
Emin Ağalarov: “Sea Breeze”də sahil iqliminə uyğunlaşdırılmış 11 milyon ağac və bitki əkilib
Vyetnamda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Bakıya diametri 4 millimetrədək olan dolu düşüb
Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir
Tariximizin yeni inkişaf mərhələsi
Bu gün Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib
Xəbər lenti
Ən çox oxunan