AYNA: "Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir

18:30 / 12.08.2025 Oxunub: 581

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 44, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 8yük maşını var.

Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 35-dir.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ