Azərbaycanda qanunsuz reklamlar üzrə baxılan müraciətlərin sayı artıb (FOTO)

Bu ilin yanvar-iyun ayları ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 80 müraciətə baxıb.
Bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövründə 64-ə bərabər olub. Beləliklə, illik müqayisədə ölkədə qanunsuz reklamların yayımı ilə əlaqədar agentlik tərəfindən baxılan müraciətlərin sayı 25% artıb.
Hesabat dövründə baxılıan müraciətlərin 37-si xidmət, 15-i ticarət, 8-i qeyri-qida, 4-ü ictimai iaşə, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i qida, 1-i tütün məmulatları, 12-si isə digər sahələrə aid olub.
"Reklam qanunvericiliyinə nəzarət bazar iştirakçıları üçün bərabər şərtlərin yaradılması və haqsız rəqabətə yol verilməsinin qarşısının alınmasına xidmət edir. Bu, həmçinin, istehlakçıların məhsul və xidmətlər barədə düzgün və dolğun məlumat almasına imkan yaratmaqla onların sərbəst seçim hüquqlarının təmin edilməsinə töhfə verir", - deyə məlumatda qeyd edilib.



Digər xəbərlər
jpg-1755007881.jpg)
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb

Corab satan Allahverdi Yolçuyev bu dəfə də SUSMADI

Son dəqiqə: Ankarada ZƏLZƏLƏ OLDU

AYNA: "Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir

Onlar Azərbaycanın ən yaraşıqlı və gözəl məşhurlarıdır - SİYAHI

Aparıcı Aytən Səfərovaya cinayət işi AÇILIB
Xəbər lenti
Ən çox oxunan
