Xəzəryanı ölkələrin sammitinin vaxtı  və yeri  AÇIQLANDI

19:30 / 12.08.2025 Oxunub: 529

Xəzəryanı dövlətlərin sammiti 2026-cı ilin avqustunda Tehranda keçiriləcək.

 Rusiya KİV-lərinə istinadən verilən məlumatına görə, bu barədə İranın Türkmənistandakı səfiri Əli Mojtaba Ruzbehani bildirib.

"Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda 7-ci Xəzəryanı dövlətlər sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Tehranda Xəzəryanı dövlətlərin prezidentlərini qürurla qəbul edəcəyik", - deyə o bildirib.

Ruzbehani əlavə edib ki, İran həmçinin 2025-ci ildə Xəzər dənizi sahilyanı əyalətlərinin qubernatorlarının ilk beynəlxalq görüşünü keçirmək niyyətindədir. Onun sözlərinə görə, bu görüşün keçirilməsinin məqsədi Xəzəryanı əyalətlərin rəhbərliyi səviyyəsində dialoq, təcrübə mübadiləsi və qarşılıqlı əlaqə üçün davamlı platforma təmin etmək, əyalətlərin potensialından istifadə etməklə iqtisadi və regional diplomatiyanı gücləndirmək, Xəzər dənizi hövzəsinin qonşu əyalətləri arasında sərhədyanı əməkdaşlıq imkanlarını müəyyən etmək, həmçinin birgə layihələri həyata keçirməkdir.

"Görüşün dəvətnaməsi və proqramı yaxın vaxtlarda bütün Xəzəryanı ölkələrə göndəriləcək", - deyə diplomat dəqiqləşdirib.//Report//



Digər xəbərlər

Xəbər lenti

12 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ