Azad olunmuş ərazilərdə aqroturizmin inkişafı üçün görülən işlər açıqlanıb
jpeg-1755381187.jpeg)
İşğaldan azad olunmuş ərazilərdə aqroturizmin inkişafı üçün ilkin qiymətləndirmələr aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, bölgənin təbii resursları və mədəni irsi aqroturizm üçün əlverişli şərait yaradır. Qarabağ və Şərqi Zəngəzur ərazisində bir çox iri fermer təsərüffatları olsa da, hazırda ixtisaslaşmış aqroturizm fəaliyyəti mövcud deyil.
Həmçinin qeyd edilib ki,işğaldan azad edilən bölgələrdə turizmin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib:
“Bu ərazilər özünün zəngin təbii sərvətləri, əlverişli iqlim şəraiti, bol su ehtiyatları, tarixi-mədəni irsi və mənzərəli relyefi ilə ölkə turizminin mühüm inkişaf zonası hesab olunur".
"Turizm potensialı baxımından seçilən əsas bölgələrdən biri olan Şuşa şəhəri, ölkənin mədəniyyət paytaxtı kimi qədim tarixi abidələri, muzeyləri və geniş turizm infrastrukturu ilə fərqlənir. Şəhərin beynəlxalq səviyyəli festivalların və irimiqyaslı turizm tədbirlərinin keçirilməsi üçün baza rolunu oynaması nəzərdə tutulur. Laçın rayonu, meşəlik və dağlıq relyefi sayəsində dağ turizmi üçün əlverişli imkanlara malikdir. Rayonda ekoturizm marşrutlarının və yay istirahət mərkəzlərinin yaradılması planlaşdırılır. Kəlbəcər rayonu isə mineral su ehtiyatları, müalicəvi iqlimi və dağlıq təbiəti ilə sağlamlıq və qış turizminin inkişafı baxımından yüksək potensiala malikdir. Zəngilan və Qubadlı rayonları, Araz çayı boyunca uzanan landşaftları və zəngin bioloji müxtəlifliyi ilə ekoturizm və aqroturizmin təşkili üçün əlverişli hesab olunur. Füzuli və Cəbrayıl rayonları da tarixi abidələri, qədim yaşayış məskənləri və su ehtiyatları ilə turizm fəaliyyətinin genişləndirilməsi üçün perspektivli ərazilərdir”-məlumatda qeyd olunub



Digər xəbərlər

Putin-Tramp görüşündə sürpriz təklif: Çinlə bağlı PLAN

Türkiyə və Rusiya XİN başçıları Alyaska görüşünü müzakirə ediblər

Putin atəşkəs müqabilində Ukraynadan bunu tələb etdi

Bilal Ərdoğan: Azərbaycanda türk dünyasından gələnlərin birliyini görməkdən məmnunuq
jpeg-1755348641.jpeg)
Aİ səfirləri Rusiya-ABŞ sammitindən sonra təcili iclas keçirdilər: Hansı qərarlar qəbul olundu?

İran Azərbaycan və Ermənistan arasında həmişə sülhü dəstəkləyib - Araqçi
Xəbər lenti
Ən çox oxunan
