Bilal Ərdoğan: Azərbaycanda türk dünyasından gələnlərin birliyini görməkdən məmnunuq

Dünyada mövcud olan mədəni kimlik və dəyərlərin yox olmamasını arzu edirik, biz bunun üçün çalışırıq.
Bu fikirləri Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan IV Milli Yaylaq Festivalının açılışında jurnalistlərə açıqlamasında deyib.
B.Ərdoğan beynəlxalq səviyyədə bərabərliyin vacibliyinə diqqət çəkib.
“Bu tablonu can Azərbaycanda çox bariz şəkildə görmək mümkündür. Azərbaycanda türk dünyasının dörd yanından gələn ailələrin bir yerdə olmasını, yaşamasını, birlik göstərməsini görməkdən məmnunluğumuzu ifadə edirik. Bu mənada, Prezident İlham Əliyevə milli idman növlərinə və mədəniyyətə sahib çıxdığı üçün təşəkkürlərimi bildirirəm”, - o deyib.
B.Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığını Milli Yaylaq Festivalında da görmək mümkündür.
“Mən azərbaycanlıyam, mən türkəm deyən hər bir gəncin öz milli dəyərlərinə sahib çıxmasını arzu edirəm. Biz nə zaman bir olmuşuqsa, o zaman düşmənlərimiz bizdən qorxmuş, çəkinmişdir. Necə ki Qarabağ Zəfəri qardaşlığımızın bariz nümuməsidir, bundan sonra da türk və müsəlman dümyasının qardaş olması, bir olması vacibdir”, - o əlavə edib. //Report.az//



Digər xəbərlər

Putin-Tramp görüşündə sürpriz təklif: Çinlə bağlı PLAN

Türkiyə və Rusiya XİN başçıları Alyaska görüşünü müzakirə ediblər

Putin atəşkəs müqabilində Ukraynadan bunu tələb etdi
jpeg-1755381187.jpeg)
Azad olunmuş ərazilərdə aqroturizmin inkişafı üçün görülən işlər açıqlanıb
jpeg-1755348641.jpeg)
Aİ səfirləri Rusiya-ABŞ sammitindən sonra təcili iclas keçirdilər: Hansı qərarlar qəbul olundu?

İran Azərbaycan və Ermənistan arasında həmişə sülhü dəstəkləyib - Araqçi
Xəbər lenti
Ən çox oxunan
