Uşağını göstərmədiyi üçün keçmiş arvadına aliment ödəmədi - HƏBS EDİLDİ

16:45 / 16.08.2025
Oxunub: 35
Aliment borcunu ödəməyən şəxs həbs edilib. 11 min borcu yaranan şəxs qızını görə bilmədiyi üçün alimenti ödəmədiyini deyib.
40 yaşlı A.İsgəndərov Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilib.
Buna səbəb İsgəndərovun boşandığı xanımına alimenti ödəməməsi olub. Bir qızı olan İsgəndərov daha əvvəl də aliment ödəmədiyi üçün 15 sutka həbs edilmişdi.
İsgəndərov fərdi ustalıqla məşğul olduğunu, aylıq qazanc əldə etdiyini deyib. Bildirib ki, aliment ödəməməsinin səbəbi keçmiş arvadının qızını ona göstərməməsi olub. Buna görə də İsgəndərov aliment ödəmirmiş.
Məhkəmənin hökmü ilə İsgəndərov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.//Musavat.com//



Digər xəbərlər
Xəbər lenti
16 Avqust 2025
Ən çox oxunan

11:16
16 Avqust 2025
107