Azərbaycanın dövlət borcu Ümumi Daxili Məhsulun 19,6 faizini təşkil edib

2025-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ümumi dövlət borcunun 8 milyard 518,2 milyon manatı (5 milyard 010,7 milyon dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17 milyard 177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.
1 iyul 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 010,7 milyon dolları və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat (76 milyard 860,3 milyon dollar) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil edib. Xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119 milyon dollar və ya 2,4 faiz azalıb.
2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon dollar məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.
Bu il iyulun 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalıb.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,3 faizini, sabit dərəcə ilə olanlar isə 50,7 faizini təşkil edib.
2025-ci ilin 1 iyul tarixinə xarici dövlət borcu portfelinin 34,9 faizi Asiya İnkişaf Bankının, 27,7 faizi avrobondların, 14,7 faizi Dünya Bankının, 22,7 faizi isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.



Digər xəbərlər

Suriyalı nazir: Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir

Nazir: "Suriyaya qaz ixracı Azərbaycanın Şərq və Cənubda da rəqabətqabiliyyətli enerji təchizatçısı rolunu təsdiqləyir"

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Xarici şirkətlər Azərbaycanın sənaye zonalarına investisiyaları artırır

Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

Azərbaycan neftinin bahalaşması davam edir
Xəbər lenti
Ən çox oxunan
