“Diplomatiya Könüllüləri” qrupuna qəbul başlayıb
 

12:59 / 01.08.2025 Oxunub: 72

 

Xarici İşlər Nazirliyi (XİN) Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna 2025-2026-cı illər üzrə könüllülərin qəbulunu elan edir.

XİN-dən AZƏRTAC-a bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə Nazirliyin rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

Avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.

Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.



Digər xəbərlər

Xəbər lenti

01 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ