"Mançester Yunayted"in sabiq futbolçusu intihara cəhd edən şəxsi xilas edib
İngiltərənin "Mançester Yunayted" klubunun və Ekvador millisinin sabiq kapitanı Antonio Valensiya vətənində bir insanın həyatını xilas edib.
AZƏRTAC xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirib ki, bir neçə gün öncə avtomobillə körpüdən keçərkən özünü oradan ataraq intihar etmək istəyən bir şəxsi görüb. Keçmiş futbolçu dərhal maşından düşərək həmin şəxslə söhbət etdiyini, ailə üzvləri hadisə yerinə gələnədək onu tək buraxmadığını söyləyib. Nəticədə hadisə faciəsiz ötüşüb.
“Çox çətin və emosional vəziyyət idi. Gənc bir insan özünü körpüdən aşağı atmaq istəyirdi. Maşından düşüb ona yaxınlaşdım. Sadəcə söhbət etməyə çalışdım. Şükürlər olsun ki, məni tanıdı. Bir neçə ruhlandırıcı söz dedim. Ailəsi gələndən sonra fikrindən daşındı. Özümüzə qayğı göstərməliyik. Psixi sağlamlıq çox önəmlidir”, – deyə Valensiya qeyd edib.


Digər xəbərlər
Misli Premyer Liqasının XX turu start götürdü
Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
“Qarabağ”dan Yankoviç və Bikalyonun transfer xəbərlərinə münasibət
Avstraliyalı snoubordçu Kem Bolton ağır zədələnərək xəstəxanaya yerləşdirildi
Nəriman Axundzadə ABŞ klubuna transfer ola bilər
Misli Premyer Liqasında XIX turun oyunlarına start verildi
Xəbər lenti
Ən çox oxunan