BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərək Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, “Air Arabia” aviaşirkətinin Moskva–Şarja marşrutu üzrə hərəkət edən aviareysin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. “Airbus A320” tipli hava gəmisinin enişi yerli vaxtla saat 19:43-də uğurla yerinə yetirilib.
Eyni zamanda, “FlyDubai” aviaşirkətinin Bakı–Dubay istiqaməti üzrə müntəzəm reysi saat 18:14-də havaya qalxdıqdan sonra geri dönməyə məcbur olub. “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 19:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Qeyd edək ki, Bakı aeroportu fəaliyyətini tam ştat rejimində davam etdirir və hava gəmilərinin qəbulu ilə yanaşı, onların yerüstü xidmətlə təmin olunmasını beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.



Digər xəbərlər

AQTA: Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməlidir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qela Vasadze: Rusiya Azərbaycanın müstəqil dövlət kimi güclənməsini istəmir

Bakıda Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı məhkəmə iclası keçirilir

Milli Məclis: Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır

NATO ölkələri xərcləri artırmaq və kollektiv müdafiəni gücləndirmək öhdəliyi götürür
Xəbər lenti
Ən çox oxunan
