Qela Vasadze: Rusiya Azərbaycanın müstəqil dövlət kimi güclənməsini istəmir

Rusiya ilə Azərbaycan arasında gərginlik, əslində, 2024-cü ilin dekabrında Rusiyanın Qroznı üzərində Azərbaycana məxsus sərnişin təyyarəsini vurması ilə başlayıb. Hazırda Rusiyanın Yekaterinburq şəhərində baş verənlər bu prosesin davamıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Qela Vasadze söyləyib.
Onun sözlərinə görə, hadisənin baş verməsinin bir neçə konkret səbəbi var və bu prosesi iki hissəyə bölmək mümkündür. Birinci hissə Yekaterinburqda başlayıb və proses kifayət qədər planlı şəkildə hazırlanıb. Hadisə hüquq-mühafizə orqanları və yerli sakinlər – yəni, Rusiya vətəndaşı olan etnik azərbaycanlılar arasında baş verib. Qarşıdurmada iki nəfər öldürülüb. Bundan sonra genişmiqyaslı təqiblər başlayıb. İkinci mərhələ – yəni, Rusiyanın və Azərbaycanın mərkəzi hökumətlərinin reaksiyası daha maraqlıdır.
Təbii ki, Azərbaycan hökuməti bu hadisəyə reaksiya verdi, lakin buna cavab olaraq Rusiya “onlar bizim vətəndaşlarımızdır, istədiyimizi edərik” mesajını səsləndirdi.
Rusiya açıq şəkildə Azərbaycana göstərir ki, bu məsələlərdə maraqları var və bu, əslində, bir sınaqdır.
“Hazırda Rusiya Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməsini istəmir. Ona görə də müxtəlif yollarla öz gücünü göstərməyə, Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna kölgə salmağa çalışır”, – deyə Vasadze vurğulayıb.



Digər xəbərlər

AQTA: Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməlidir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Bakıda Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı məhkəmə iclası keçirilir

Milli Məclis: Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır

NATO ölkələri xərcləri artırmaq və kollektiv müdafiəni gücləndirmək öhdəliyi götürür
Xəbər lenti
Ən çox oxunan
