Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA
10:17 / 20.05.2026
Oxunub: 388
Mayın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər və Gəncədə 16 metrədək güclənir.
Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Digər xəbərlər
“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər
Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
Çexiyada xarici təsirin təhlükə kimi qavranılması araşdırılıb
Xəbər lenti
13 Iyun 2026
12 Iyun 2026
10 Iyun 2026
06 Iyun 2026
05 Iyun 2026
03 Iyun 2026
Ən çox oxunan
16:35
13 Iyun 2026
180
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib
18:37
16 May 2026
4700