BMT TŞ: Təhlükəsiz gəmiçilik qlobal rifahın mühüm amilidir

Hər gün 100 mindən çox gəmi dünya ticarətinin təxminən 80 faizini təmin edir və bu baxımdan gəmiçilik qlobal iqtisadiyyat üçün çox vacib amildir. Amma bu sektor geosiyasi gərginliklər və transmilli cinayətlər nəticəsində yaranan fasilələrə qarşı həssas olaraq qalır.
AZƏRTAC xəbər verir ki, dəniz yollarında təhlükəsizliyin təmini, eyni zamanda, ortaya çıxan problemlərin həlli BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Panamanın təşəbbüsü ilə çağırılan iclasında müzakirələrin diqqət mərkəzində olub.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes iclasda bildirib ki, keçən il cəmi 1,9 milyon dənizçidən ibarət işçi qüvvəsi 12,3 milyard tondan çox mal daşıyıb və bu, mahiyyətcə “qlobal ticarəti ayaqda saxlayıb”. Onun sözlərinə görə, dəniz sektoru geosiyasi problemlər qarşısında qeyri-adi dərəcədə dayanıqlı olduğunu sübut edib. “Lakin bu vəziyyət heç də məmnunluq üçün əsas ola bilməz. Nəzərə almaq lazımdır ki, gəmiçilik sektorunun təhlükəsizliyi iqtisadi sabitlik, davamlı inkişafı və yaşayış vasitələri üçün əsasdır”.
BMT TŞ-də qeyd olunub ki, hələ də gəmiçilik sektoruna təhdidlər çoxdur. Təkcə 2024-cü ildə təxminən 150 dəniz quldurluğu və silahlı soyğunçuluq hadisəsi qeydə alınıb. Beynəlxalq Kriminal Polis Təşkilatının (INTERPOL) məlumatına görə, Cənub-Şərqi Asiya kimi bəzi bölgələrdə insidentlər artmaqda davam edir. Eyni zamanda, Qəzza zolağında gedən müharibə fonunda Qırmızı dənizdə üzən beynəlxalq gəmilər də hücuma məruz qalıb. Bununla yanaşı, narkotiklər, nəsli kəsilməkdə olan canlı təbiət və qorunan ağaclar da daxil olmaqla qaçaqmalçılıq kateqoriyasına aid olan malların ticarəti davam edir və mütəşəkkil cinayətkar qruplar öz əməliyyatlarını maliyyələşdirmək üçün silahları, əməliyyatçıları və qeyri-qanuni malları daşımaq məqsədilə cinayətkar tədarük zəncirlərindən istifadə edirlər.
INTERPOL-un Baş katibi Valdesi Urquiza bildirib ki, dəniz marşrutları min illər boyu uzaq sahilləri birləşdirən “dünyanın ilk qlobal şəbəkəsi” olub. O deyib: “Bu gün həmin şəbəkə naviqasiya, ticarət, rabitə və onlarla davamlı inkişaf üçün vacib olan qlobal sabitliyi təhdid edən cinayətkarlar tərəfindən istismar olunur. Dənizlərdə artan cinayətkarlıq yeni və daha az görünən təhlükələr yaradır, cinayətkarları yaxalamaq daha da çətinləşir. Limanlar rəqəmsallaşdıqca, avtomatlaşdırılmış gəmi idarəetməsi, yüklərin izlənməsi və logistika ilə bağlı zəifliklər daha tez ortaya çıxır. Limanlar etibar etdikləri enerji, rabitə və logistika sistemlərini hədəf alan kiber müdaxilə dalğası ilə üzləşir. Bundan əlavə, kibercinayətkarlar daha sürətli, miqyaslı və dəqiqliklə hücum etmək üçün süni intellektdə də istifadə edə bilərlər”.
IMO beynəlxalq gəmiçilik və liman təhlükəsizliyi, eləcə də kibertəhlükəsizlik təhdidlərini həll etmək üçün məcburi tələblər hazırlayıb. BMT agentliyi, həmçinin informasiya mübadiləsi də daxil olmaqla regional potensialın artırılması layihələrini dəstəkləyir. Bu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC), INTERPOL, regional qurumlar və donor dövlətlərlə milli imkanların gücləndirilməsinə və etimadın yaradılmasına yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulmasına əlavədir.
Arsenio Dominqes vurğulayıb ki, gəmiçilik sektorunda təhlükəsizliyə toxunarkən, okeanı mühafizə məsuliyyəti də diqqət mərkəzində olmalıdır. “Dənizlərdə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini paralel şəkildə təmin etmək lazımdır. Ölkələrə neft dağılmaları da daxil olmaqla dənizin çirklənməsi hadisələri üçün reaksiya vermək imkanlarını inkişaf etdirmək və artırmaq üçün dəstək davam edir”, -deyə o bildirib.



Digər xəbərlər
jpg-1755008618.jpg)
"Apple"dan "WhatsApp", "Facebook" və "Temu" ilə bağlı yenilik

Son dəqiqə: 261 nəfər casus TUTULUB

Ermənistan–ABŞ hərbi təlimləri BAŞLADI - FOTOLAR

Çin Tibetdə sürüləri izləmək üçün robot-antilopdan istifadə edir

İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb

Nəhəng yapon istiridyəsi İsveç sahillərini zəbt edir
Xəbər lenti
Ən çox oxunan
