Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib

12:11 / 06.08.2025
Oxunub: 208
"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Şkendiya"ya (Şimali Makedoniya) qalib gəlib.
"Report" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun "ayağına yazılıb". O, Leandro Andradeyə qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.



Digər xəbərlər

"Sabah" mühüm bir müqavilə İMZALADI

“Real”ın yetirməsi Azərbaycan klubuna keçdi

"Qarabağ" klubu dünya reytinqində geriləyib

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyə Superliqasında yeni mövsüm “Qalatasaray”ın oyunu ilə start götürür

“Qalatasaray” Davinson Sançeslə 5 illik yeni müqavilə imzalayıb
Xəbər lenti
12 Avqust 2025