"Qarabağ" klubu dünya reytinqində geriləyib

19:30 / 10.08.2025
Oxunub: 138
"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib.
Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb.
"Zirə" (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb.
"Araz-Naxçıvan" (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, "Sabah" (86 xal) 49 sıra artıraraq 264-cü olub.
Qeyd edək ki, 501 klubun yer aldığı siyahının ilk pilləsində İspaniya təmsilçisi "Real" (520 xal) qərarlaşıb.



Digər xəbərlər

"Sabah" mühüm bir müqavilə İMZALADI

“Real”ın yetirməsi Azərbaycan klubuna keçdi

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyə Superliqasında yeni mövsüm “Qalatasaray”ın oyunu ilə start götürür

Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib

“Qalatasaray” Davinson Sançeslə 5 illik yeni müqavilə imzalayıb
Xəbər lenti
12 Avqust 2025