Çikaqoda atışma nəticəsində azı 3 nəfər ölüb

16:30 / 03.07.2025
Oxunub: 77
Amerikanın Çikaqo şəhərində gecə klubunun qarşısında atışma olub. Hadisə nəticəsində azı 3 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə CBS telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
“Çərşənbə günü axşam Çikaqo şəhərinin mərkəzindəki gecə klubunun qarşısında baş verən atışmada azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb”, - məlumatda belə deyilir.
Bildirilir ki, naməlum şəxslər gecə klubundan çıxan insanlara hərəkətdə olan avtomobildən atəş açıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.



Digər xəbərlər

BMT: Hazırda 60 ölkədə 100 milyona yaxın insan hələ də mina təhlükəsi altında yaşayır

Hesabat: Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

Prezident İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub

Media: ABŞ Ukraynaya bütün növ silah tədarükünü dayandırıb

Almaniyada meşə yanğınları ilə əlaqədar bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib

Media: ABŞ-ın müttəfiqləri Kiyevə silah tədarükünün dayandırılmasından xəbərsiz olublar
Xəbər lenti
03 Iyul 2025