Media: ABŞ Ukraynaya bütün növ silah tədarükünü dayandırıb

ABŞ hakimiyyəti Ukraynaya bütün növ silah və sursatların tədarükünü dayandırıb.
AZƏRTAC xəbər verir ki, “The Economist” qəzeti bu barədə Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Ukrayna rəsmiləri Vaşinqtonun bu addımını mart ayında Ağ evdə ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında baş verən mübahisədən sonra olduğu kimi, Kiyevdən siyasi güzəştlər “qoparmaq” cəhdi ilə əlaqələndirirlər.
Vaşinqton isə Ukraynaya hər hansı təzyiqi, eləcə də silah tədarükünün tamamilə dayandırılmasını inkar edir. ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnellin sözlərinə görə, Ukraynaya silah tədarükü davam edir, fasilə isə ABŞ-ın hərbi hazırlığının və müdafiə prioritetlərinin qiymətləndirilməsi ilə bağlıdır.
Birləşmiş Ştatların müvəqqəti işlər vəkili Con Qinkel Kiyevə silah tədarükünün dayandırılması məsələsinin müzakirəsi üçün artıq Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
“The Economist” xatırladır ki, ABŞ-ın dövlət başçısı yanvardan bəri Ukraynaya hərbi yardımla bağlı heç bir yeni öhdəlik götürməyib.
Bir müddət öncə, “The New York Times” qəzeti “Patriot” hava hücumundan müdafiə sistemləri üçün sursatların, GMLRS yüksək dəqiqlikli mərmilərin, idarə olunan “Hellfire” raketlərinin, “Stinger” daşına bilən sistemlərinin və bir sıra digər silahların Ukraynaya tədarükünün dayandırılacağını yazmışdı.



Digər xəbərlər

BMT: Hazırda 60 ölkədə 100 milyona yaxın insan hələ də mina təhlükəsi altında yaşayır

Çikaqoda atışma nəticəsində azı 3 nəfər ölüb

Hesabat: Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

Prezident İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub

Almaniyada meşə yanğınları ilə əlaqədar bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib
