DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi olub
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hərbi rituala uyğun olaraq Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirdə Dövlət Himni ifa olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc əsgərlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlət sərhədlərinin keşiyində daim ayıq-sayıq dayanacaqlarına, dövlətçiliyə və xalqa sadiq qalacaqlarına, Vətənin müdafiəsi naminə üzərilərinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirəcəklərinə and içiblər.
Çıxış edənlər ölkə rəhbərliyi tərəfindən DSX-də yaradılmış müasir xidmət şəraitindən bəhs edərək, hərbi hissələrdə gənc əsgərlərin peşəkar zabit heyətinin nəzarəti altında hərbi bilik və bacarıqlara yiyələndiklərini, şəxsi heyətin sosial-məişət təminatının, sağlamlığının və mənəvi-psixoloji hazırlığının daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıblar.
Tədbir çərçivəsində valideynlərlə görüş keçirilib, onlara övladlarının etibarlı əllərdə olduğu bildirilərək layiqli sərhədçi kimi formalaşacaqlarına əminlik ifadə edilib.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.


Digər xəbərlər
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib
Universitetlər üçün yeni əməkdaşlıq imkanı!
Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb
Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya
“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb
Xəbər lenti
Ən çox oxunan
Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb