DTX tərəfindən saxlanılan erməniəsilli terrorçu barədə yayılan iddialara aydınlıq gətirildi

14:30 / 03.09.2025 Oxunub: 1138

Ermənistan mətbuatında Azərbaycanda həbsdə olan, Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu Viken Abraham Eulcekciyanın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.

KANAL 20 TV  "Report"a istinadla xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekciyan Cinayət Məcəlləsinin 114.3-cü (muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, o, cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə