Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

10:25 / 19.03.2026 Oxunub: 979
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına F.b.Köçərli adına Respublika Uşaq Kitabxanası nəşr etdiyi “Göy Qurşağı” jurnalının 4-cu nömrəsini təqdim etdi.

Jurnalın bu sayı da həmişə olduğu kimi kiçikyaşlı oxucular tərəfindən maraqla qarşılandı. Uşaqların sevimli yazıçısı Reyhan Yusifqızı 60 illik yubileyi ilə əlaqədar “İncəhörüm”ün qonağı olub. Müsahibəsində yazıçı qeyd edir ki, onun kitablarını oxuyan uşaqlar yeni kəşflər, ağıllı qəhrəmanlar və maraqlı macəralarla tanış olurlar. Uşaq yazıçısı Aygün Bünyadzadənin “Küçüklərin macəraları” yeni kitabı haqqında uşaqlara məlumat verilir.

Jurnalda təqdim olunan maraqlı məlumatlar və sehrli nağıl dünyasına səyahətlər aşağıdakı keçiddədir.

https://drive.google.com/file/d/1A_lKud5KmATCigY3sfSpJ0L-sjKGOlid/view?usp=sharing



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə