Fransada 100 hektarlarla meşə sahəsini yanğın bürüyüb

15:31 / 18.07.2025
Oxunub: 198
Fransanın Martigues bölgəsində 240 hektar meşə sahəsi yanıb, yanğın davam edir.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər saatda 60-65 kilometr sürətlə əsən güclü küləyin yanğının geniş əraziyə yayılmasına səbəb olduğunu bildiriblər.
Hazırda 973 yanğınsöndürən və 320 texnika yanğınla mübarizəyə cəlb edilib, 2 təyyarə və 1 helikopter yangınsöndürənlərə havadan dəstək verir, polis qüvvələri ərazidə asayişi qoruyur.
Hadisə zamanı 2 yanğınsöndürən yüngül xəsarət alıb.
Mütəxəssislər bildirirlər, artıq əvvəlki günlərlə müqayisədə ərazidə külək bir qədər zəifləyib, havada rütubət artıb. Bunun isə yanğının qarşısının alınmasına kömək edəcəyi proqnozlaşdırılır.



Digər xəbərlər

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub

Braziliya COP30 zamanı kruiz gəmilərindən mehmanxana kimi istifadə edəcək

Suriyada druz qrupları ilə bədəvi qəbilə dəstələri arasında toqquşmalar intensivləşib

Fransanın dövlət sektorunda ciddi ixtisarlar gözlənilir

Fridrix Merts: Avropa müdafiə məsələlərində ABŞ-nin "himayəsində" olub

Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər
Xəbər lenti
21 Iyul 2025
19 Iyul 2025
18 Iyul 2025
17 Iyul 2025
Ən çox oxunan

19:26
08 Iyul 2025
6917