Fridrix Merts: Avropa müdafiə məsələlərində ABŞ-nin "himayəsində" olub

Almaniya kansleri Fridrix Merts Avropanın öz müdafiəsinə və təhlükəsizliyinə çox az sərmayə qoyması ilə bağlı ABŞ-nin ittihamları ilə razılaşıb.
“Report”un Avropa bürosunun məlumatına görə, o, bunu BBC-yə müsahibəsində bildirib.
"Biz müstəqil şəkildə daha çox iş görməli olduğumuzu dərk edirik. Keçmişdə biz həqiqətən də himayədə olmuşuq. ABŞ bizdən töhfəmizi artırmağı xahiş edir və biz bunu edirik”, - o deyib.
Merts ABŞ Prezidenti Donald Trampla artıq üç dəfə görüşdüyünü və aralarında yaxşı münasibətlərin qurulduğunu söyləyib.
"Düşünürəm ki, Prezident Tramp bizim baxışlarımızı bölüşür; biz bu müharibəyə son qoymağa çalışırıq", - o, Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışarkən bildirib.
O, həmçinin qeyd edib ki, səyləri əlaqələndirmək üçün həmkarı ilə həftədə bir dəfə telefon danışığı aparır. "Birinci məsələ Ukraynada müharibə, ikincisi isə ticarətlə bağlı debatlarımız və tariflərdir", - o əlavə edib.
Merts seçkiqabağı kampaniya zamanı Ukraynanın fəal tərəfdarı olub və Almaniyada xristian demokratların fevralda qələbə qzanmasından bir neçə ay əvvəl Kiyevə səfər edib.
O, qələbədən sonrakı ilk həftədə Kiyevə yollanaraq Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronla birlikdə həmrəylik nümayiş etdirib.
"Ciddi təhlükə görürük və bu təhlükə Rusiyadır. Üstəlik, bu təhlükə təkcə Ukraynaya qarşı deyil. Bu, bizim dünyamıza, azadlığımıza, Avropanın siyasi nizamına təhdiddir", - o xəbərdarlıq edib.
Kansler qeyd edib ki, Almaniya müdafiə xərclərini artırır, çünki ordusu kifayət qədər güclü deyil.
Üç ölkə - Böyük Britaniya, Almaniya və Fransa birlikdə E3 adlanan Avropa dövlətləri alyansının yaradılması üzərində işləyir. Mertsin sözlərinə görə, təhlükəsizlik və xarici siyasətlə yanaşı, iqtisadi inkişaf məsələləri də alyansın diqqət mərkəzində olacaq.



Digər xəbərlər

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub

Braziliya COP30 zamanı kruiz gəmilərindən mehmanxana kimi istifadə edəcək

Suriyada druz qrupları ilə bədəvi qəbilə dəstələri arasında toqquşmalar intensivləşib

Fransada 100 hektarlarla meşə sahəsini yanğın bürüyüb

Fransanın dövlət sektorunda ciddi ixtisarlar gözlənilir

Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər
Xəbər lenti
Ən çox oxunan
