Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb

Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.
“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.
Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.



Digər xəbərlər

Gürcüstan DTX: Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb

Bəzi rayonlara leysan yağıb, güclü külək əsib

Rus bölməsi üzrə I sinfə sərbəst qaydada məktəb seçiminə başlanılıb

AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

DİM sədri: Bu il ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir

Mütəxəssis: Bəzi hallarda qarın və ya mədəətrafı ağrılar digər orqanlar səbəbindən ola bilər
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
