Gürcüstan Rusiyadan 206,4 milyon dollar dəyərində təbii qaz alıb
Rusiyanın “Qazprom” şirkəti Gürcüstana satdığı təbii qazın həcmini artırıb.
AZƏRTAC xəbər verir ki, 2025-ci ildə Rusiya ilə Gürcüstan arasında təbii qazın alışının həcminin artırılması istiqamətində danışıqlar davam edib.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə Gürcüstan Rusiyadan 206,4 milyon dollar dəyərində təbii qaz satıb. Bu da 2024-cü illə müqayisədə 14 faiz çoxdur.
Bildirilir ki, 2026-2027-ci illər ərzində Rusiyadan Gürcüstan ərazisindən keçərək Ermənistana gedən qaz xəttində əsaslı təmir işlərinin aparılmasına dair “Qazprom”la Gürcüstanın milli kompaniyası arasında müqavilə imzalanıb.
Qeyd edək ki, Rusiyadan Ermənistana satılan qazın tranziti ilə əlaqədar Gürcüstan Rusiyadan nağd pul deyil, “mavi yanacaq” alır.
Gürcüstanın əsas təbii qaz tədarükçüsü isə Azərbaycandır.


Digər xəbərlər
“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər
Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
Çexiyada xarici təsirin təhlükə kimi qavranılması araşdırılıb
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib