“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir
 

09:36 / 08.10.2026 Oxunub: 318

 

Meksika körfəzində formalaşan “İsayas” tropik qasırğasının sürətlə güclənərək ABŞ-nin Körfəz sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, onun cümə axşamı qasırğa səviyyəsinə çatacağı, cümə günü isə 2-ci kateqoriyalı qasırğa kimi ABŞ-nin Körfəz sahillərinin şimalına yaxınlaşacağı proqnozlaşdırılır.

Qasırğanın küləyinin sürəti saatda təxminən 110 milə (177 kilometrə) çata biləcək. Hazırkı proqnozlara əsasən, qasırğanın Luiziananın cənubundan Florida yarımadasının şimal-qərbinədək geniş əraziyə təsir göstərməsi mümkündür. Son proqnozlarda qasırğanın ehtimal olunan trayektoriyasının bir qədər şərqə – Alabama və Florida istiqamətinə dəyişdiyi bildirilir.

Meteoroloqlar qasırğanın dəqiq hərəkət istiqaməti ilə bağlı qeyri-müəyyənliyin hələ də yüksək olduğunu və qarşıdakı günlərdə trayektoriyanın dəyişə biləcəyini vurğulayırlar.

“İsayas” 2026-cı il Atlantik qasırğa mövsümünün ilk qasırğasına çevrilə bilər. Bu mövsümdə indiyədək səkkiz tropik fırtına qeydə alınsa da, onların heç biri qasırğa səviyyəsinə çatmayıb.



Digər xəbərlər

Xəbər lenti

16 Oktyabr 2026
09 Oktyabr 2026
08 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ