Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
09:35 / 08.10.2026
Oxunub: 755
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsinin Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, o, komitənin onun kimi insanlara mükafat verməmək reputasiyasına malik olduğunu deyib.
Tramp Nobel mükafatına layiq olduğunu düşündüyü nailiyyətlərini sadalayaraq bildirib: “Mükafatı alıb-almamağımdan asılı olmayaraq, mən daha çox iş görmüşəm. Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olar”.
Prezident, həmçinin 2025-ci il laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.
2026-cı il Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da Osloda açıqlanacaq.


Digər xəbərlər
Pezeşkian: ABŞ-nin İrana hücumu 1,5 milyon ton karbon qazı emissiyasına səbəb olub
Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib
Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib
Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib
Andrey Sibiqa: Ukrayna Rusiyaya atəşkəslə bağlı təkliflərini çatdırıb
ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib
Xəbər lenti
13 Noyabr 2026
12 Noyabr 2026
11 Noyabr 2026