CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
 

09:38 / 08.10.2026 Oxunub: 340

 

Fransada görünməmiş etiraz dalğası ölkənin artan maliyyə problemlərini üzə çıxarıb və bu vəziyyət Avropada ciddi böhrana səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.

“Oxford Economics” konsaltinq şirkətinin Avropa üzrə baş iqtisadçısı Anxel Talaver telekanala bildirib ki, böhranın digər ölkələrə və bütövlükdə avrozonaya yayılması ehtimalı yüksəkdir və bu, bütün regionda ciddi böhrana səbəb ola bilər.

Qeyd edək ki, Fransada orta məktəb şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda paytaxt regionu olan İl-de-Fransda başlayıb və qısa müddətdə ölkənin müxtəlif ərazilərinə yayılıb. Bir sıra şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Məlumata görə, etirazların başlanmasından etibarən jandarm və polis əməkdaşları 6,6 mindən çox şəxsi saxlayıb. Saxlanılanların təxminən 90 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilib.



Digər xəbərlər

Xəbər lenti

16 Oktyabr 2026
09 Oktyabr 2026
08 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ