Livan-Azərbaycan Dostluq Assosiasiyası yaradılıb

Livanın paytaxtı Beyrut şəhərində Livan-Azərbaycan Dostluq Assosiasiyası yaradılıb və tərkibi təsdiq edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, təşkilatın yaradılması vaxtilə Azərbaycanın müxtəlif universitetlərində ali təhsil almış livanlı məzunların, xüsusilə doktor mühəndis Əkrəm Tarhininin təşəbbüsü ilə həyata keçirilib.
Assosiasiyanın yaradılmasında məqsəd hər iki ölkənin xalqları arasında əlaqələrinin möhkəmləndirilməsi, elm, mədəniyyət, təhsil, turizm, səhiyyə, sosial və digər sahələrdə birgə fəaliyyət göstərməkdir.
Qeyd edilib ki, assosiasiyanın prezidenti Əkrəm Tarhini Livanın İnkişaf və Bərpa Şurasının layihə rəhbəridir. O, 1991-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin təhsil alıb. Ölkəmizdə keçirilən bir sıra dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə qonaq qismində iştirak edib. Bir müddət əvvəl isə Livanın Kavaşra kəndində iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edən, eləcə də burada yaşayan türkman xalqının nümayəndələri üçün mühüm hadisə olan Azərbaycan Evinin açılış mərasiminə qatılıb.//Trend.az//



Digər xəbərlər

Dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Paraflanmış sülh sazişi nə deməkdir? - Parlamentari AÇIQLADI

Donald Tramp: "İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır"

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri AÇIQLANDI

Ukrayna bu əraziləri AZAD ETDİ: Ruslar sərhəddən qovuldu - FOTO

Ərdoğanla Zelenski ikitərəfli, regional və qlobal məsələləri müzakirə edib
Xəbər lenti
Ən çox oxunan
